Bakı metrosu bağlanacaq?

  • 26.03.2020
  • 0

"Bakıda metronun bağlanması ilə bağlı heç bir qərar yoxdur".

Bunu Qaynarinfo-ya açıqlamasında "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədli bildirib.
ƏTRAFLI
Project GLO

Nazirlər Kabineti Yanında Operativ Qərargahla mütəmadi işləyirik. Bu bir səlahiyyət məsələsidir, "Bakı Metropoliten"i bağlanması ilə bağlı hər hansı qərar verə bilməz. Metropoliten öz işini adi qaydada davam etdirir".

Bəxtiyar Məmmədov metroda sərnişin sayında azalmanın olduğunu qeyd edib:

"Bu da gözləniləndir. Bizim də şüarımız var - "Evdə qal". Müəyyən zərurət yaranmadıqda evdən çıxma, yerüstü nəqliyata üstünlük ver və s. Aydındır ki, şəhərə turist buraxılmır, məktəb dayandığından tələbə, şagird də metrodan istifadə etmir. Bütün bunlar metro sərnişinlərinin sayının azalmasına səbəbdir".

Qeyd edək ki, iqtisadçı ekspert Qubad İbadoğlu Nazirlər Kabinetinə təcili olaraq metronun bağlanılması təklifini irəli sürüb.

Nə düşünürsən?