Sərdar Ortaçın koronavirus testinin cavabı çıxdı

  • 25.03.2020
  • 0

Türkiyənin məşhur müğənnisi Sərdar Ortaç koronavirus testindən keçib.

Sfera.az xəbər verir ki, o, sosial mediada testin nəticələrini açıqlayıb.

Dağınıq skleroz xəstəliyindən əziyyət çəkən Sərdar Ortaç halı pisləşdiyi üçün həkimə müraciət etdiyini vurğulayıb.

"Qızdırmam yoxdur, ancaq tədbiri əldən verməmək lazımdır. Xəstəxananın girişində temperaturumu ölçdülər, aparat 36.5 dərəcə göstərdi. Ağciyər xəstəlikləri şöbəsinə gəldim. Testin nəticələri neqativ imiş, klassik bronxit! Dağınıq skleroz xəstəsi olduğum üçün istifadə etdiyim dərman bütün immun sistemimi müdafiə edirmiş. Artıq yaxşıyam. Enerjimi artırmaq üçün sistem köçürüləcək”, - deyə o bildirib.

Nə düşünürsən?