Sükan arxasında öldü, avtomobil yol qırağına çırpılaraq durdu

  • 24.03.2020
  • 0

Rusiyanın Gelencik şəhərində sürücünün sükan arxasında vəfat etməsi videoregistratora düşüb.


“Live Leaks” xəbər verir ki, videonun müəllifi önündə gedən “Toyota” avtomobilinin qəribə manevrlər etdiyini görüb və arxasınca düşüb.


Yolda saysız-hesabsız qəza vəziyyəti törədən maşın bir müddət sonra yol qırağında quraşdırılan dəmirlərə dəyərək dayanıb.


Məlumata əsasən, sürücü maşında olarkən halı pisləşib və hərəkət edən maşındaca keçinib.

Nə düşünürsən?