Vaqif Əsədovdan vətəndaşlara MÜRACİƏT - VİDEO

  • 23.03.2020
  • 0

Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə 19 mart saat 00:00-dan etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş məhdudlaşdırılıb. Bu gün bu qərarın tətbiqinin 5-ci günüdür. Bu 5 gün ərzində 1000-lərlə avtomobil geri qaytarılıb. Qərarın tətbiqindən bir neçə gün öncə bu haqda vətəndaşlar KİV vasitəsi ilə yetərincə məlumatlandırılsalarda qurulmuş yoxlama-buraxılma məntəqələrinə hələ də bölgələrdə yaşıyan vətəndaşlar tərəfindən axın müşahidə olunur. 

Yoxlama-buraxılma məntəqələrində axın səbəbi ilə nəqliyyat vasitələrinin sıxlığı yaranır ki, bununla bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov sürücülərin də öz üzərlərinə düşən vəzifələri dərk edərək məsuliyyətlə icra etməli olduqlarını bildirib. Polis məntəqələrdə gücləndirilmiş iş reşimində xidmət aparır ancaq yoxlama-buraxılma məntəqələrinə yaxınlaşan sürücülər və sərnişinlər özləri ilə mütləq şəkildə şəxsiyyəti təsdiq edən sənətlərini də götürməli, məntəqələrə yaxınlaşarkən sənədlərini hazır saxlamalıdırlar ki, əlavə vaxt itkisinə yol verməsinlər. Belə olduğu halda arxada növbə gözləyənlər üçün də rahat olar və yoxlanılan hərəkət iştirakçıları tez bir zamanda yoxlamadan keçərək yollarına davam edərlər. Bu da, məntəqələrdə sıxlığın yaranmasını aradan qaldırmış olur.

Yoxlama-buraxılma məntəqəsindəki vəziyyətlə bağlı polkovnik Vaqif Əsədov YPX.AZ-a bildirib ki: 

“Mart ayının 29-dək məlum qərarın icrası ilə əlaqəli Bakı, Sumqayıt və Abşeron rayonu istiqamətində yaradılan 3 yoxlama-buraxılma məntəqələrində sərbəst hərəkətin təşkil edilməsi üçün bir daha sürücü və sərnişinlərə müraciət edirik ki, bu posta yaxınlaşarkən hər bir sürücü, sərnişin üzərində şəxsiyyət vəsiqəsini tutsun və yoxlayan polis əməkdaşına göstərsin bununla da həmin ərazidə vaxt itkisi olmadan sürücülər və sərnişinlər sərbəst, yuvanmadan hərəkətini davam etdirsin”

[media=https://youtu.be/KlhUGoBwaVI]

Nə düşünürsən?