İrandan tükürpədici görüntü: 10 dəqiqədə 1 iranlı ölür

  • 23.03.2020
  • 0

İranda COVID-19 virusuna yoluxanların sayı 23049-a çatıb.


Oxu24.com -un  xəbərinə görə, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü deyib.


Nazirlik rəsmisi bildirib ki, son sutka ərzində koronavirusa yoluxmuş 127 nəfər vəfat edib və ümumilikdə ölkədə ölənlərin sayı 1812-yə çatıb. Son 24 saat ərzində 1411 nəfər koronavirusa yoluxub. Bu günədək sağalanların sayı isə 8376 nəfərdir.


Bununla da İranda 10 dəqiqədə 1 İran vətəndaşı ölür. Qeyd olunan rəqəm  böyük narahatlıq yaradıb.

Ölənlər arasında xeyli sayda həkim də var.

Bu arada İranda hər kəsi duyğulandıran video yayılıb.

Videoda qolunda sistem olan həkim xəstələrə bu vəziyyətdə yardım edib. Bir neçə saatdan sonra koronovirusa yoluxan həkim elə xəstəxanadaca ölüb.

iranda mövcud durumu əks etdirən videonu təqdim edirik: