Yarasalar haqda şok faktlar

  • 23.03.2020
  • 0

Yarasalar su dalğalarını necə izləyirlər?

Yarasalara yol və ov xəritəsi çıxaran yüksək sürətli səs əzələlərinin quruluşu necədir?

Yarasalar bioloji sonarla ovlarının yerini necə müəyyən edirlər?

200 cins və 17 ailədən ibarət, 900-1000 müxtəlif növü olan yarasa Allahın müxtəliflik sənətinin qüsursuz nümunələrindən biridir. Dünyanın hər yerində yaşayan bu canlıların sayı, xüsusilə, tropik bölgələrdə daha çoxdur. Əsasən gecələr aktiv olan yarasaların qoxu və dadbilmə duyğularını Allah mükəmməl yaradıb. Meyvə ilə qidalanan növləri istisna olmaqla, yarasaların görmə duyğuları çox inkişaf etməyib. Ancaq çıxardıqları yüksək tezlikli səs dalğalarının köməyi ilə istiqamətlərini tapırlar. Uca Allah bu mükəmməl rabitə texnikasını yarasanın həyatını davam etdirməsi üçün yaradıb.

 

 

Yarasalar su dalğalarını izləyərək qurbağaları tuturlar

 

Tunqar qurbağası su gölməçəsinin içində dişisi üçün səs çıxardarkən suda dalğalar əmələ gəlir. Bu isə yarasaların qurbağanı asanlıqla ovlamasına səbəb olur. Cənubi Amerikada dayaz sularda yaşayan tunqar qurbağası yarasanı gördükdə səsini kəssə də, suda dalğalanma bir neçə saniyə davam edir.

Əks-səda yarasa üçün təbii sonar effekti yaradır, beləcə, qurbağanın olduğu yeri müəyyən edir.

Yarasa səsə doğru getdikdə qurbağa ona yaxınlaşan yarasanı gördüyü an sussa da, səs dalğaları hələ bir neçə saniyə yayılmağa davam edir və bu yolla yarasa qurbağanı bulanıq suda nişangah kimi müəyyən edir.

Yarasalar Allahın yaratdığı möhtəşəm sonar sistemindən istifadə edərək su dalğalarını yüksək həssaslıqla qəbul edir, gizlənməyə çalışan qurbağanın yerini müəyyən edirlər. Allah bütün canlıların orqanizmini olduqları mühitdə rahat yaşamalarına kömək edən xüsusiyyətlərlə yaradıb. Allah sonsuz mərhəmət sahibidir.

 

“Sizin ilahınız Tək olan İlahdır. Ondan başqa ilah yoxdur, Mərhəmətlidir, Rəhmlidir”. (Bəqərə surəsi, 163)

 

Yarasalara yol və ov xəritəsi çıxardan yüksək sürətli səs əzələləri

Cənubi Danimarka Universiteti və Pensilvaniya Universitetinin tədqiqatçıları apardıqları tədqiqatlarda Avrasiya regionunda yaşayan Daubenton yarasalarının exolokasiya (*) səslərini sürətli əzələlərlə çıxartdığını aşkar ediblər.

Yüksək sürətə malik olan əzələlər normal bədən əzələlərimizdən 100 dəfə artıq sürətlə yığılır və insan bədənində ən sürətli yığılan göz əzələlərindən 20 dəfə sürətlidirlər.

Başqa bir təcrübə ilə yarasaların bu səsləri necə çıxartdıqlarını anlamaq üçün səs çıxardan əzələlərin göstərdikləri nəticə ölçülmüş, bu sayədə eynilə motorlu nəqliyyat vasitəsinə tətbiq edilən sürət testi kimi əzələlərin hansı miqdarda güc hasil etdikləri öyrənilmişdir. Yarasalarda yüksək sürətli əzələ növü olduğu üçün saniyədə 190 herslik güc hasil etdikləri müəyyən edilib.

Həddindən artıq yüksək səs çıxardan bu əzələlər zınqırovlu ilan və bəzi balıq növlərində də var.

Elmi fəaliyyət göstərən qrupun üzvlərindən Koen Elemans (Coen Elemans) yeni kəşflər haqqında bunları bildirir: “Cəh-cəh vuran quşlarda da bu cür əzələlərə rast gəlmişdik. Lakin bunları ilk dəfə məməlidə görürük”.

Yarasanın qanadlarındakı nazik əzələlər uçuş əsnasında həssas nizam yaradır və qanadın dərisini gücləndirir.

Yarasaların qanad dərisinin içindən keçən saç tükü qədər nazik əzələlər uçuş əsnasında qanadların sərtliyini və qanad çırpdıqda fərqli formada əyilməsini təmin edir.

Yeni araşdırmalar yarasaların qanad dərisinin üstünü tor kimi örtmüş saç tükü qədər nazik əzələlərin uçarkən qanadların formasını və sərtliyini tənzimlədiyini göstərir. Bu kəşflərlə pərdəli qanadların həssas aerodinamik quruluşu haqqında yeni məlumatlar əldə edilmişdir.

Braun Universitetinin Biologiya fakültəsindən Corn Çeni (Jorn Cheney) bu fiziki möcüzəni belə açıqlayır:

“Aerodinamik hərəkətlər qanadın formasından asılıdır. Uçuşa başladıqda pərdəli qanadların forması düz ola bilər, lakin yüksəldikcə onlar düz qalmır. Aerodinamik yükə əsasən formasını dəyişir.”

“Qanadın aldığı forma və bucaq canlının yerə düşmək kimi böyük risk və ya uğurlu nəticə ilə qarşılaşması baxımından olduqca əhəmiyyətlidir. Yarasanın qanadlarındakı əzələlər sümüklərin ümumi formasını da tənzimlədiyi üçün müxtəlif formalar alır”.

Saç tükü qalınlığındakı bu əzələlər (plagiopatagiales) yüz ildən artıqdır elmə məlum olsa da, bütün funksiyaları tam öyrənilməyib.

Çeni qanadların müxtəlif forma almasında əzələlərin kifayət etmədiyini düşünürdü. Çeninin fikrincə, iki ehtimal vardı. Ya əzələlər birlikdə aktivləşib güc meydana gətirir, ya da müxtəlif formalı zəif əzələlər yalnız dartınma reseptoru vəzifəsini daşıyır.

Sualın cavabını təcrübələr ortaya qoyacaqdı. Çeni Yamayka meyvə yarasasının qanadlarındakı əzələlərin bəzilərinə qəbuledicilər yerləşdirdi və laboratoriyanın külək tunelində olan uçuşunu lentə aldı.

Təcrübələrdən üç fərqli nəticə ortaya çıxdı. Hər biri plagiopatagiales əzələlərinin dərinin sərtiyinə təsir etdiyini göstərirdi. Qanadı aşağı çırparkən əzələlər yığılır, yuxarı çırparkən boşalırdı.

Təcrübə nəticələrini qiymətləndirən Braun Universitetindən Biologiya professoru Şeron Svarts (Sharon Swartz) “Bu cür tipik qanad çırpma hərəkəti yarasaların əzələlərini uçuş zamanı açıq və bağlı vəziyyətdə saxlayır” deyərək nəticəni təsdiq etmişdir.

Bundan əlavə, əzələlərin ayrı-ayrı hərəkət etmədiyi də müəyyən olunub. Bunun əvəzinə eyni vaxtda birlikdə hərəkət edərək qanadın sərtləşməsi üçün güc tətbiq edirlər.

Son olaraq Çeni müxtəlif uçuş sürətləri və zamanlamanın əzələləri aktivləşdirdiyini müşahidə etmişdir. Bütün bu nəticələr əzələlərin passiv hərəkət etmədiklərini, uçuşun tələblərinə görə aktiv və birlikdə hərəkət etdiyini ortaya qoymuşdur.

Bir canlıya uçuş bacarığı, manevr qabiliyyəti və güc qazandıran əzələ quruluşu və funksiyaları daxil olmaqla, həyat boyu qarşımıza çıxan hər şey Rəbbimizdən bizə mənəvi “mesaj”dır. Öyrənilən hər yeni məlumat düşünmək, həmd etmək, Rəbbimizin elmini və sənətini daha dərindən qavrayıb Ona yaxınlaşmaq üçün bir yoldur.

Allah Quran ayəsində belə bildirir:

 

“İnsanlar, heyvanlar və mal-qara arasında da bu cür müxtəlif rəngli olanları vardır. Allahdan Öz qulları arasında ancaq alimlər qorxarlar. Həqiqətən, Allah Qüdrətlidir, Bağışlayandır.” (Fatir surəsi, 28)

www.Kurandaevrimyok.com

 

Yarasalar ovun yerini bioloji sonarla təyin edirlər

 

Yarasalar həşəratları tutmazdan əvvəl yerlərini müəyyən etmək üçün exolokasiya ilə saniyədə 190 siqnal göndərirlər. Hücumun son mərhələsi “terminal uğultu” adlanır. Məlumatlara əsasən yarasalar saniyədə 400 siqnal verirlər.

Bioloqlar sərbəst uçan yarasalarda siqnal verildikdən sonra yaranan əks-sədanın qulaqlara geri qayıtma sürətini də hesablayıblar. Səs əks-səda şəklində geri qayıdarkən qarışıqlıq yaranmamasında yüksək səs sürətinin rolu var.

Bütün canlılara bənzərsiz xüsusiyyətlər bəxş edən Uca Allahdır. Canlının bədənində yaradılan hər təfərrüat Rəbbimizin sonsuz qüdrətini, bütün kainatı əhatə edən hüdudsuz elmini və ağlını nümayiş etdirir. Hər yeni məlumat dərin düşünmək, şükür etmək üçün vəsilədir. Allah Quran ayəsində belə buyurur:

“O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür­ (və deyirlər:) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!”” (Ali İmran surəsi, 191)

 

Yarasaların istiqaməti müəyyən etmə qabiliyyəti

 

Yarasalar ətrafdakı cisimləri hiss etmək üçün yüksək titrəyişli səs dalğaları yayırlar. Yarasalar insanların eşitmədiyi bu cür dalğaların əks-sədalarını qəbul edir və beləcə sanki olduqları mühitin “xəritəsini” çıxarırlar. Yəni yarasanın havada uçan kiçik milçəyi hiss etməsi çıxardığı səslərin milçəyə dəyib geri qayıtması ilə yaranan əks-sədadan asılıdır. Yarasa sonar vasitəsilə yaydığı səslərin özünə geri qayıtma müddətləri arasındakı fərqləri hesablayaraq istiqaməti tapır.

Doppler təsiri adlanan fizika qanununa görə hərəkət halındakı cisimə dəyən səsin tezliyi dəyişir. Yarasa sanki Doppler təsirini bilirmiş kimi hərəkətli cisimlərə doğru göndərdiyi səs dalğalarını dəyişdirir. Bu məqamda yarasa sonarının digər möhtəşəm xüsusiyyəti də ortaya çıxır. Allah yarasanın eşitmə sistemini ancaq öz səsini eşidəcək şəkildə yaradıb. Allah Quranda belə buyurur:

 

“Şübhəsiz ki, heyvanlarda da sizin üçün bir ibrət vardır”. (Nəhl surəsi, 66)

 

* Exolokasiya və ya biosonar yarasa, delfin və balina kimi bəzi məməlilərin istifadə etdiyi bioloji sonar növüdür. Exolokasiya ilə canlı sadəcə məsafəni deyil, forma və ölçünü də təyin edə bilir.

Ağlı və şüuru olmayan yarasaların heyranedici davranışları bütün canlıların hakimi olan Allahın gücü və nəzarəti altında həyata keçir. Çünki Allahın Quranda bildirdiyi kimi: “Sizin yaradılışınızda və (Allahın yer üzünə) yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır.” (Casiyə surəsi, 4)

Nə düşünürsən?