Bu gün dünyada nələr olub?

  • 23.03.2020
  • 0

1. Azərbaycanın əməkdar incəsənət xadimi, şair, dramaturq Zeynal Rza oğlu Xəlil 1914-cü ilin bu günü Gəncədə anadan olub. 

2. Azərbaycanın xalq artisti, rəqqas və xoreoqraf, Azərbaycan Filarmoniyasının musiqi və rəqs qrupunun ansamblının bədii rəhbəri Əlibaba Abdulla oğlu Abdullayev 23 mart 1915-ci ildə Bakıda dünyaya göz açıb. 

3. Azərbaycanın xalq artisti, bəstəkar, musiqişünas, pedaqoq, professor Əşrəf Cəlal oğlu Abbasov 1920-ci ilin bu günü Şuşa şəhərində anadan olub. 

4. Azərbaycanın görkəmli yazıçı-jurnalisti, publisist, professor Nurəddin Həsən oğlu Babayev 1921-ci il martın 23-də Gəncədə doğulub. 

5. Yazıçı, şair, nasir, tərcüməçi Seyran Əsgər oğlu Xanlarov (Seyran Səxavət) 1946-cı il martın 23-də Füzuli rayonunun Yağlıvənd kəndində anadan olub. 

6. Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryogin 1944-cü il martın 23-də Gürcüstanın Tiflis şəhərində doğulub. 

7. Azərbaycanın Milli Qəhrəmanı Paşa Qurban oğlu Təhməzov 1949-cu il martın bu günü Lənkəran şəhərində doğulub. 

8. Qarabağ müharibəsi iştirakçısı, şəhid Çingiz Binnət oğlu Cəfərov 1960-cı il martın 23-də Şuşada dünyaya gəlib. 

9. Bu gün Qarabağ müharibəsi iştirakçısı, şəhid Xaliq Hüseyn oğlu İsgəndərovun doğum günüdür. 

10. Qarabağ müharibəsi iştirakçısı, şəhid Elxan İsa oğlu Zeynalov 1971-ci ilin bu günü Bərdə rayonunun Hacallı kəndində dünyaya gəlib. 

11. Qarabağ müharibəsi şəhidi Şahin Yaqub oğlu Qasımov 1973-cü il martın 23-də Cəbrayıl rayonunun Karxulu kəndində anadan olub. 

12. 20 Yanvar şəhidi Zahid Bayram oğlu Əliyev 23 mart 1963-cü ildə Qərbi Azərbaycanın Vedibasar mahalının Vedi rayonunun Şidli kəndində anadan olub.

Nə düşünürsən?