Angela Merkel karonavirus şübhəsilə karantinə alındı

  • 22.03.2020
  • 382 baxış
  • 0

Almaniya kansleri Angela Merkel karantinə alınıb.

Sfera.az bildirir ki, bu haqda unikal.org  "Sky News”a istinadən xəbər verib. Bu barədə kanslerin mətbuat katibi Steffen Seibert məlumat verib.

O bildirib ki, bir neçə gün öncə pnevmaniya infeksiyası ilə bağlı Angela Merkelə peyvənd edən həkimdə virusa yoluxma aşkar edilib. Həkim martın 20-də Almaniya kanslerinə peyvənd edib.

Steffen Seibert qeyd edib ki, qarşıdakı günlərdə Angela Merkel müvafiq yoxlamalardan keçəcək və evdən iş fəaliyyətinə davam edəcək.

Nə düşünürsən?