Ölkə ərazisində dizinfeksiya və dərmanlama işləri davam etdirilir

  • 22.03.2020
  • 0

Koronavirus infeksiyasına qarşı ölkə ərazisində dizinfeksiya və dərmanlama işləri davam etdirilir. Mingəçevirdə küçələr, Şirvan şəhərində insanların daha sıx olduğu parklar eləcə də, yaşayış binaları, Göyçayda isə avtovağzalda dizinfeksiyaişləri aparılıb.

Mingəçevirdə dizinfeksiya işləri davam etdirilir. Bu gündən etibarən iri tonnajlı avtomobillərlə şəhərin küçə və prospektlərində dərmanlama işi aparılıb.Mingəçevir Dizinfeksiya stansiyasından verilən məlumata görə, gün ərzində avtomobillərlə 35 km məsafəyə dərman səpilib. Şəhər ərazisində qarşıdakı günlərdə də Kornovirusa qarşı dizinfeksiya işləri davam etdirləcək.

Mingəçevirdə binalarda da dizinfeksiya işləri aparılıb.

Koronovirus xəsətəliyinə qarşıŞirvan şəhərində insanların daha çox ziyatər etdiyi ticarət və ictimi iaşə obyektlərində, küçə və parklarda eləcədə, yaşayış binalarınıngirişləri və zirzəmilərindədizinfeksiya işlərinə başlanıb.

Qeyd edək ki, Şirvan şəhərində Koronovirusla bağlı təhsil müəssisələri, dövlət qurumları və digər obyektlərlə yanaşıbu gündən etibarən yaşayış binalarında da dezinfeksiya tədbirlərinə başlanıb.

Göyçay rayonunda isə əhalinin daha çox sıx olduğu avtovağzalda sərnişinlərin sağlamlığını qorumaq məqsədilədezinfeksiya işləri görülür. Avtovağzaldan hərəkət edən bütün marşrut avtobusları, həm daxili həmdə rayonlar arası hərəkət edən iri və xırda tutumlu avtobuslar dezinfeksiya olunur.

Tibbi profilaktiki tədbirlər çərçivəsində hər gün sürücülər tibbi müayinələrdən keçirilir.

Nə düşünürsən?