Prospektdə avtomobilin vurduğu piyada ölüb

  • 22.03.2020
  • 0

Prospektdə piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

YPX.AZ xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu Nobel prospektində qeydə alınıb. 

Belə ki, “Mersedes” markalı mikroavtobusun sürücüsü idarə etdiyi nəqliyyat vasitəsi ilə yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçən və 40-45 yaşlı kişini vurub. Zərbənin təsirindən piyada hadisə yerində dünyasını dəyişib.

Qəza yerinə dərhal polis əməkdaşları cəlb olunub. Avtomobil hadisə yerindən evakuasiya edilib.

Sakinlər deyir ki, ərazidə piyada keçidinin olmaması bənzər qəzaların tez-tez baş verməsinə səbəb olur.

Nə düşünürsən?