Havalar isti olarsa, daha yaxşı yuxu üçün 10 məsləhət

  • 22.03.2020
  • 0

 

 

Havanın temperaturu artdıqca bir sıra problemlər də üzə çıxır. Bunlardan biri də yuxu ilə bağlıdır. Bəs isti hava şəraitində keyfiyyətli gecə yuxusunu necə almaq olar?

İlk əvvəl qeyd edim ki, isti havanın insan bədəninə təsirinin bir sıra mənfi xüsusiyyətləri vardır ki, onların dördünün əsas olduğunu qeyd edə bilərik:

Susuzluq İsti hava zamanı yetərli miqdarda su içmək ona görə vacibdir ki, sidiyə getmə, tərləmə və nəfəs yolu ilə itirdiyiniz suyu bərpa edə biləsiniz.

Həddindən artıq isinmə Nəfəsalma və ürək problemi olan şəxslər üçün bu çox ciddi problem yarada bilər. Onun simptomları arasında dərinin qıcıqlanması, baş ağrısı və ürəkbulanma da var.

Yorğun düşmək Bu hal bədən su və ya duz itirdikdə baş verir. Bədəndə zəiflik hiss etmək, əzələ ağrısı da onun simptomlardan sayılır.

Yüksək temperatur Bədən istiliyi 40 dərəcə və ya daha çox yüksəldikdə bunun simptomları sanki istilikdən əldən düşməyə bənzəyir. Lakin yüksək istilik zamanı insan huşunu itirə bilər. Eyni zamanda dəri quruyur və tərləmə dayanır.

Belə halların baş verməsi yuxunun pozulması ilə də nəticələnir. Ona görə də mütəxəssislər istilərlə mübarizədə bəzi üsulları sınaqdan keçirməyinizi tövsiyə edirlər.

1. Mürgüləmək olmaz

İsti hava insanları davamlı olaraq yuxulu hiss etdirir. Bu, həmin havalarda daxili istiliyi tənzimləməyə daha çox enerji sərfi ilə bağlıdır. Lakin əgər sizin gecə yuxunuz artıq pozulubsa, çalışın gün içində mürgüləməyin. İsti havada yaxşı yatmaq vacibdir. Ona görə də yatmağı yuxu vaxtınıza saxlayın.

2. Həyat tərzinizi dəyişməyin

İsti hava sizi vərdişlərinizi dəyişməyə sövq edə bilər. Amma belə etməyin. Çünki bu, yuxu rejiminizi poza bilər. Gündəlik yuxu vaxtınızı və həyat tərzinizi qorumağa çalışın. Yatmazdan əvvəl gördüyünüz işlərinizi təxirə salmayın.

3. Sərin saxlayın

Ən önəmli məsələlərdən biri yataq otağını gecə mümkün olduğu qədər sərin saxlamaqdır. Gün ərzində pərdələri və ya kölgəlikləri bağlayın ki, günəş şüalarının içəri dolmasının qarşısını ala biləsiniz. Bir də çalışın ki, evinizin günəşli tərəfindəki pəncərələri bağlı saxlayasınız. Bu, sizə isti havanı evə doldurmağın qarşısını almağa imkan verəcək. Yatağa getməzdən əvvəl isə evdəki bütün pəncərələri açıq qoyun ki, yelçəkər yaransın.

4. Yataq

Yatağınızı incəldin və pambıq örtükləri saxlayın, çünki onlar təri hopdurmaq üçün uyğundurlar. Həm də yataq otağınız hər nə qədər isti olsa da, gecə boyunca bədən istiliyi aşağı düşür və bəzən üşüdüyünüz üçün yuxudan ayılırsınız.

5. Ventilyator

Hətta lap kiçik ventilyator belə isti havada həssaslıq verə bilər, xüsusilə nəmişlik varsa. O, bədəninizdəki təri buxarlanmağa sövq edərək və sizin daxili istiliyinizi tənzimləməyə kömək edir. Əgər ventilyatorunuz yoxdursa, isti su üçün olan butulkaya buz kimi soyuq məhlul töküb istifadə edə bilərsiniz. Alternativ olaraq, corablarınızı soyuducuda saxladıqdan sonra geyinə bilərsiniz. Ayaqlarınızı sərin saxlamaq ümumi bədən və dəri istiliyinizin aşağı düşməsinə səbəb olacaq.

6. Kifayət qədər su için

Gün ərzində yetərli miqdarda su için. Lakin yatağa getməzdən əvvəl suyun miqdarını azaldın. Ehtimal ki, yuxudan susuz oyanmaq istəmirsiniz; lakin eyni zamanda yuxunun şirin vaxtında vanna otağına əlavə "səfər" etmək də istəməzsiniz.

7. Nəyi içdiyiniz haqda yaxşı düşünün

Yüngül içkilərlə ehtiyatlı olun. Bu içkilərin bir çoxu böyük miqdarda kofein ehtiva edir ki, bu da mərkəzi sinir sistemini stimullaşdırır və yuxunu qaçırdır. Yüksək miqdarda alkoqol istifadəsindən də çəkinin. Bir çoxları isti havada daha çox sosiallaşdıqları üçün alkoqolu da yüksək miqdarda qəbul edirlər. Spirtli içkilər insanı erkən yatmağa təşviq etsə də, erkən də oyanmağa sövq edir, üstəlik, ümumilikdə yuxunun keyfiyyətinə də pis təsir edir.

8. Sakit olun

Əgər yuxuya getməkdə çətinlik çəkirsinizsə, yataqdan qalxın və sakitləşdirici nə isə edin. Kitab oxuyun, nə isə yazın, corablarınızı da qatlaya bilərsiniz. Bircə əmin olun ki, telefonunuzla oynamırsınız və ya hansısa video oyuna köklənməmisiniz. Çünki mavi işıq yuxunu qaçırır və hərəkəti stimullaşdırır. Özünüzü yuxulu hiss etdiyiniz anda yatağa geri dönün.

9. Uşaqları unutmayın

Uşaqlar ümumiyyətlə olduqca rahatdırlar, lakin isti hava şəraitində çox həssas və rutindirlər. Balacaların yataq rejiminin bir hissəsi olaraq, ilıq vanna qəbulu məsləhətdir, lakin əmin olun ki, su çox soyuq deyil, çünki bu zaman bədən öz istiliyini saxlamaq üçün reaksiya verməyə başlayır. Çox vaxt uşaqlar özlərinə isti və ya soyuq olması haqda sizə dəqiq məlumat verə bilmirlər. Buna görə də onların istiliyini davamlı ölçmək vacibdir. Termometri uşaq yatarkən qoyub onun istiliyinin yoxlaya bilərsiniz, və ya əllə uşağın alın, boyun və ya qarnına toxunmaqla onda isti olub-olmadığını yoxlamaq mümkündür.

10. Öhdəsindən gələ bilərsiniz

Bir çoxları normal fəaliyyətə lazım olan keyfiyyətli yuxunu almaq üçün 7-8 saata ehtiyac duyurlar. Lakin unutmamalı ki, bir gecədə iki dəfə bölünmüş yuxu ilə hələ də normal fəaliyyət göstərə bilən insan var. Bircə, siz adət etdiyinizdən fərqli olaraq, bir qədər tez-tez əsnəyə bilərsiniz, vəssalam. Bu problemin öhdəsindən gəlmək sadəcə sizin əlinizdədir.

Yuxunuz şirin olsun!

Sonda qeyd edim ki, bu video İngiltərənin Lafboro Universitetinin Kliniki Yuxu Araşdırmaları Bölməsinin professoru Kevin Morqan və Yuxu Konsulluğundan Lisa Artisin təklifləri nəzərə alınaraq, bbc.com-da dərc edilmiş məsləhətlər əsasında hazırlanıb.

Mənbə: https://www.bbc.com/azeri/region-49080458

Musiqi: The Shining in Dubai 5:27 Unicorn Heads Sinematik | Dramatik

Nə düşünürsən?