Üz-üzə çırpılan avtomobillərdə 6 yaralı

  • 20.03.2020
  • 180 baxış
  • 0

YPX.AZ xəbər verir ki, Türkiyədə iki minik avtomobilin bir-birinə çırpılması nəticəsində 6 nəfər yaralandı, ikisinin vəziyyəti ağırdır.

Qəza, Genç-Çaytepe yolunda meydana gəlib. Əldə edilən məlumatlara görə sürücülərinin kim olduğu təyin edilə bilməyən iki minik avtomobili üz-üzə çırpılıb. Avtomobillərdən biri yol kənarındakı çökəkliyə düşüb, digəri isə yolun ortasında qalıb.

Yaralılar ətrafdakı vətəndaşların köməyi ilə avtomobillərdən çıxarılıb və təcili yardım briqadası tərəfindən xəstaxanaya çatdırılıblar.

Qəzada yaralanan 6 nəfərdən ikisinin vəziyyəti ağırdır və Bingöl Dövlət Xəstəxanasında nəzarətdədirlər.

Nə düşünürsən?