Rayonlardan gələn yollarda postlar qurulub

  • 20.03.2020
  • 0

Gecə saat 00:00-dan etibarən rayon dövlət qeydiyyat nişanlı avtomobillərə paytaxta girişinə qadağa qoyulub.

APA Tv xəbər verir ki, bunun üçün paytaxta şimal cənub və qərb rayonlarından gələn yollarda xüsusi postlar qurulub.

Bakı-Qazax şossesinin 65-ci kilometirliyində, yəni Ələt Qəsəbəsində qurulan postda  əməkdaşlarımız müşahidə aparıb. Qurulan postda yol polisi əməkdaşları ilə birgə Qaradağ Rayon Polis İdarəsinin Əlahiddə Çevik Polis Alayılnın əməkdaşları birgə fəaliyyət göstərir. Paytaxta daxil olmaq istəyən rayon qeydiyyatında olan şəxslər müxtəlif bəhanələr gətirib.

Ancaq bütün bəhanələr onları paytaxtda daxil olmağa kömək etməyib. Postda ayrılmış yolla həmin vətəndaşlar geriyə- yaşadıqları rayona geri qaytarılıb.

Ancaq paytaxt qeydiyyatında olan sərnişin və sürücülər isə yoxlandıqdan sonra Bakıya məhdudiyyətsiz buraxılıb.

Yük avtomobilləri isə xüsusi olaraq yoxlanılıb. Həmin avtomobildə daşınan yükə baxıldıqdan sonra paytaxta buraxılıb.

Qurulan postda polis gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.  Vətəndaşlardan xahiş edilir ki, rayon qeydiyyatında olan sürücü və sərnişinlər paytaxta səfərini təxirə salsın. 

Qeyd edək ki, bu məhduudiyyət mart ayının 29-na kimi nəzərdə tutulub.

Nə düşünürsən?