Dünyada bu günün xronologiyası

  • 20.03.2020
  • 0

1. Azərbaycanın görkəmli dramaturqu Cəfər Qafar oğlu Cabbarlı 1899-cu il martın 20-də Xızıda yoxsul kəndli ailəsində dünyaya göz açıb. 

2. Azərbaycanın xalq artisti, opera müğənnisi, aktyor, rejissor, pedaqoq, peşəkar musiqi teatrının banilərindən biri Hüseynqulu Sarabski 1879-cu il martın bu günü Bakıda anadan olub.

3. Görkəmli tarixçi-alim, şərqşünas, tarix elmləri doktoru, professor Məmmədəli Xəlil oğlu Şərifli 1909-cu il martın 20-də Göyçayda anadan olub. 

4. Azərbaycan şairi, ədəbiyyatşünas Atif Əbdülbaqi oğlu Zeynallı 1927-ci il martın 20-də Bakıda anadan olub. 

5. Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Faiq Məmməd oğlu Bağırzadə 1926-cı ilin bu günü Bakıda doğulub. 

6. Akademik, fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olmuş Fəraməz Qəzənfər oğlu Maqsudov 20 mart 1930-cu ildə Naxçıvan şəhərində anadan olub. 

7. Azərbaycanın xalq rəssamı, heykəltəraş Kamal Camal oğlu Ələkbərov 1928-ci il martın bu günü Füzuli şəhərində dünyaya gəlib. 

8. Azərbaycanın xalq artisti, aktyor Valeh Seyfulla oğlu Kərimov 20 mart 1944-cü ildə Cənubi Azərbaycanın Miyana şəhərində dünyaya gəlib.

9. İctimai-siyasi dövlət xadimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Bahar Muradova 1962-ci il martın 20-də Füzuli şəhərində doğulub. 

10. Azərbaycanın əməkdar artisti, aktrisa Mirvari Balaqardaş qızı Novruzovanın anım günüdür. 

Nə düşünürsən?