Keçilməyən dərsləri kompensasiya etmək üçün faydalı mənbələr var

  • 19.03.2020
  • 0

Koronovirusa görə məktəbə getməyən şagirdlər bunu kompensasiya etmək üçün bir çox mənbələrə müraciət edə bilərlər.

Xezerxeber.az-ın məlumatına görə, şagirdlər teledərslərlə bərabər bir çox portallardan istifadə etmək imkanına malikdirlər.

Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu deyib ki, şagirdlər bədii ədəbiyyat oxumağa da üstünlük verə bilərlər. Bu, həm onların dünya görünüşünü artıra, həm də söz ehtiyatlarını çoxalda bilər.

Vəfa Yaqublu bildirib ki, şagirdlər internetdə axtarış verərək istədikləri mövzu haqqında geniş məlumatlar əldə edə bilərlər.

Nə düşünürsən?