AzTv-də yeni layihə: "Kralların Savaşı"

  • 19.03.2020
  • 0

Artıq indidən ilin ən yaxşı Novruz layihəsi adına iddialı bayram film-konserti üzərində işlər nəhayət ki başa çatdı. Bir aydan çoxdur ki, başda kanalın bədii rəhbəri Ranar Musayev olmaqla ölkənin əsas telekanalının istedadlı yaradıcı qrupu "Kralların Savaşı" adlı musiqili film üzərində çalışırdı.

Layihədə müasir Azərbaycan kinosunun gənc aktyorları, yerli estrada ulduzları və populyar televiziya aparıcıları iştirak edir. Fərqli ekran işində peşəkarların yaratdığı qrim, möhtəşəm dekorasiyalar, mükəmməl geyimlər xüsusi diqqətə layiqdir və onların hər biri əsl sənət əsəri adlandırıla bilər.

Layihə üzərində işləmişlər:

İdeya müəllifi Ranar Musayev 

Art Direktor Ülviyyə Könül 

Quruluşçu rejissor Elvin Əhmədoğlu 

Prodüser Zamiq Alövsətoğlu

İcraçı prodüser Səbinə Əliyeva

Ssenari Taleh Yüzbəyov

Baş rollarda Kamilə Babayeva, İbrahim Çingiz, Ziya Ağa, Həcər Ağayeva

Nə düşünürsən?