Azərbaycanda koronavirusdan 7 nəfər tam sağalıb

  • 19.03.2020
  • 0

Azərbaycanda indiyədək koronavirusdan 7 nəfər tam sağalaraq evə buraxılıb.

Bu baradə "Xəzər Xəbər”ə Nazirlər kabineti yanında operativ qərargahın üzvü ,TƏBİB-in yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib.

O, pandemiyadan sağalaraq evə buraxılanlara sonrakı mərhələdə də nəzarət olunduğunu bildirib.

Vasif Əliyev təhlükəsizlik üçün qoyulan tələblərə ciddi riayət olunmasının önəmindən də danışıb.

O bildirib ki, xəstəxanalar lazımi avadanlıqlarla təchiz olunub və bütün həkimlər təlimatlandırılıb.

Nə düşünürsən?