İdarəetməni itirən sürücü 4 nəfəri yaraladı

  • 19.03.2020
  • 0

İzmirin Konak bölgəsində baş verən qəzada minik avtomobili tramvay yolunu keçərək elektrik dirəyinə çırpılıb və qarşı yola keçərək digər nəqliyyat vasitələrində olan 4 nəfəri yaralayıb.

YPX.AZ xəbər verir ki, gecə saatlarında sürücünün hələ məlum olmayan səbəbdən idarəetməni itirməsi nəticəsində avtomobil tramvay yolunu keçib və qarşıda olan elektrik dirəyinə çırpılıb. Çırpılmadan sonra yolun əks hərəkət istiqamətinə düşən avtomobil başqa nəqliyyat vasitələrinə çırpılaraq onlarda olan 4 hərəkət iştirakçısını yaralayıb. Avtomobilin parçalanmış gövdəsi yola səpələnib.

Hadisə haqqında ətrafdaki hərəkət iştirakçıları polisə və təcili-tibbi yardıma müraciyyət ediblər. 

Yaralılar əraziyə cəlb edilmiş tibb işçıləri tərəfindən xəstəxanaya çattırılıb. 

Faktla bağlı araşdırma aparılır.

Qəzaya düşən avrtomobilin görüntülərini sizlərə təqdim edirik:

Nə düşünürsən?