Yoldan çıxan avtomobil maneələrə çırpıldı: 1 yaralı

  • 19.03.2020
  • 0

İdarəetmədən çıxan avtomobil yol kənarında quraşdırılmış dəmir maneələrə çırpılaraq dayanıb.

YPX.AZ xəbər verir ki, hadisə Türkiyənin Marmara vilayətində baş verib.

Belə ki, hərəkətdə olan 34 BZT 908 dövlət qeydiyyat nişanlı “Renault” markalı avtomobilin sürücüsü anidən idarəetməni itirib. Çətin anlar yaşayan sürücü avtomobili yol kənarında olan dəmir maneələrə çırparaq saxlaya bilib. Qəzada yaralanan sürücü 112 təcili yardım briqadası tərəfindən ilkin yardım edildikdən sonra xəstəxanaya aparılıb, sürücünün vəziyyəti normaldır.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb. 

Nə düşünürsən?