Murad Dadaşovdan koronavirus açıqlaması

  • 18.03.2020
  • 0

 Xəbər verdiyimiz kimi, martın 14-dən etibarən koronavirus səbəbindən Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən Azərbaycanda xüsusi rejim tətbiq olunur. Bununla bağlı XƏZƏR TV-nin Baş direktoru Murad Dadaşov "Real TV"yə müsahibə verib.

Sfera.az xəbər verir ki, M.Dadaşov müsahibəsində əhalini ehtiyatlı olmağa çağırıb: 

"Pandemiyanın əsas problemi ondan ibarətdir ki, heç kim bu məsələnin kökünü bilmir və müalicəsi sona qədər açıqlanmayıb. Heç kəs düşünməsin ki, bu xəstəlik kimdəsə var, məndə olmayacaq. Hər kəsin bu cəmiyyətə vacibliyi var. Hər kəs öz sağlamlığının qeydinə qalsa, bu, müəyyən dərəcədə xəstəliyin miqyasını azaldacaq.

Bu məsələ bu dəqiqə tək Azərbaycan yox, dünya miqyasında ciddi dayanan məsələdir. Özünüzü qoruyun”.

Müsahibənin videosunu təqdim edirik:

Nə düşünürsən?