İki qardaşı bıçaqlayan şəxs yaxalandı

  • 18.03.2020
  • 0

Ötən gün Şirvanda münaqişə zəminində iki qardaşı bıçaqlayan şəxs saxlanılıb. 

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə yerindən qaçan 1992-ci il təvəllüdlü Bəxtiyar Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, bıçaqlanma hadisəsi ötən gün Şirvan şəhəri Heydər Əliyev prospektində baş verib. Şirvan sakini, 1997-ci il təvəllüdlü Ədalət Qəribov münaqişə zəminində həmyerlisi, 1990-cı il təvəllüdlü Şəhriyar Əhmədovu bıçaqlayıb.

Hadisə yerinə gələn Bəxtiyar Əhmədov isə qardaşının qisasını almaq üçün Ədalət Qəribovu və onun qardaşı, 2001-ci il təvəllüdlü Teymur Qəribovu bıçaqlayıb. 

Hər iki qardaş Şirvan şəhər xəstəxanasına çatdırılaraq əməliyyata olunub. Boyun nahiyəsindən yüngül  bıçaq xəsarəti alan Şəhriyar Əhmədov isə cərrahiyyə şöbəsində yardım aldıqdan sonra evə buraxılıb. 

Faktla bağlı cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.