Məşhur müğənni yol hərəkəti qaydalarını pozdu

  • 18.03.2020
  • 0

Məşhur müğənni Şəbnəm Tovuzlu avtomobil idarə edərkən yol hərəkəti qaydalarını pozub.

YPX.AZ xəbər verir ki, müğənni Şəbnəm Tovuzlu avtomobil idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etməyib, əlində telefonu tutub və avtomobil idarə edərək özünü video qeydə alıb. 

Müğənni qeydə aldığı videonu “instagram” sosial şəbəkə hesabında paylaşıb.

Tanınmış simalar izləyicilərinə, onları sevən insanlara örnək olmalıdırlar. Bu kimi davranışları, qayda pozuntularını ictimaətə sərgiləmək heç də doğru davranış deyil. Ölkəmizin qanunlarına hörmətlə yanaşmaq, onlara əməl edərək hər bir fərdə örnək olmaq lazımdır.

Həmin görüntüləri sizlərə təqdim edirik:

Nə düşünürsən?