Prospektdə hərəkəti bağlayıb sərnişin götürən taksi sürücüsü

  • 18.03.2020
  • 0

Taksi sürücüsü prospektdəki yol ötürücüsünün üzərində dayandı, sərnişin götürüb yoluna davam etdi.

YPX.AZ xəbər verir ki, Ziya Bünyadov prospekti ilə hərəkətdə olan 99 LS 781 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil ilə taksi fəaliyyəti göstərən sürücü prospektdə olan yol ötürücüsünün üzərində dayanaraq yolu bağlayıb və sərnişin götürərək yoluna davam edib. Yolu bağlayan sürücüyə digər hərəkət iştirakçıları səs siqnalı verərək sürücüyə iradlarını bildirsələr də, sürücü öz işini görməkdə davam edib.

Onu da xüsusi olaraq qeyd edək ki, sərnişin olan qadın yanındakı uşağın həyatını təhlükəyə atıb. Videoda diqqətlə nəzər yetirsəniz həmin qadının avtomobilə yaxınlaşarkən və avtomobilə mindiyi anda azyaşlı uşağın əlindən tutmur və ilk özü əyləşərək uşağı tam nəzarətsiz qoyaraq həyatını təhlükəyə atmışdır.

Həmin görüntüləri sizlərə təqdim edirik:

Nə düşünürsən?