Bu gün Milli Məclisin iclası keçirilib

  • 17.03.2020
  • 0

Koronavirusa qarşı mübarizə tədbirləri bu gün Milli Məclisin də əsas müzakirə mövzusu olub. Millət vəkilləri bildiriblər ki, Azərbaycan dövləti virusun növbəti kəsin mərhələsinə də hazırlıqlıdır. Amma görülən tədbirlərin effektivliyi bir başa vətəndaşların məsuliyyətindən asılıdır. Ona görə də vətəndaşlar qoyulan qadağalara və məhdudiyyətlərə anlayışla yanaşmalıdır. İclasda koronavirusa qarşı mübarizəni daha effektiv həyata keçirmək üçün inzibati xətalar və cinayət məcəllələrinə bir sıra əlavə və dəyişiklər də edilib.


Bir nəfər koronavirusa yoluxan şəxs əgər karantin rejimində qalmazsa yüzlərlə insanı bu təhlükəli virusa yoluxdura bilər. Buna görə karantin rejiminə mütləq qaydada əməl edilməsini hər kəs başa düşməlidir. Bunu parlamentin plenar iclasında səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib.


İclasda çıxış edən millət vəkili Rəşad Mahmudov isə dövlət başçısının tapşırığı ilə Azərbaycana ən müasir tibbi avadanlıqların gətirildiyinə diqqət çəkib.


Parlamentin vitse-spikeri Adil Əliyev isə koronavirusla bağlı mübarizə haqqında çıxışında bildirib ki, insanların bir-biriləri yaxın təmasının qarşısını alınmalı və adəti üzrə olan salamlaşmaq vərdişlərinə fasilə verilməlidir.


Milli Məclisdə "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi" haqqında qanuna dəyişikliklərin müzakirəsi zamanı deputat Qənirə Paşayeva median monitorinq edən bir mərkəzin yaradılmasına ehtiyac olduğunu bildirib.


Millət vəkili Erkin Qədirli isə insanların parlamentin fəaliyyətindən geniş xəbər tutması üçün yeni mexanizmlərin yaradılmasına ehtiyac olduğunu vurğulayıb.


İclasda İnzibati Xətalar, eləcə də Cinayət məcəllələrinə koronavirusa qarşı mübarizəni daha effektiv həyata keçirmək üçün bir sıra dəyişiklik və əlavələr də edilib. Dəyişiklərə əsasən qadağan və məhdudiyyətlərə əməl etməyənlərə qarşı sankisya və cəza tədbirləri sərtləşdirilib. Onu da qeyd edək ki, parlamentin mətbuat xidmətindən bu gün verilən məlumata görə komitə və plenar iclasların keçirilməsi koronavirus təhlükəsinə görə qeyri müəyyən müddətət dayandırılıb. dayandırılıb.

Nə düşünürsən?