Azərbaycan və Rusiya sərhədi də bağlanır

  • 17.03.2020
  • 0

Azərbaycan və Rusiya sərhədi də bağlanır. Koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə hökumət başçılarının razılığına əsasən qarşılıqlı səfərlərin 2020-ci il 18 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib. Yük maşınlarının sürücüləri isə istisna təşkil edəcəklər. Ölkəyə qayıtmaq istəyən Azərbaycan vətəndaşları üçün çarter uçuşları təşkil ediləcək.

Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərləri müvəqqəti dayandırılır.

Azərbaycanın baş naziri Əli Əsədov ilə Rusiya Federasiyası hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub. Hökumət başçılarının qarşılıqlı razılığına əsasən, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərlərinin 18 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib.

Bu xəbər yayılandan sonra bu gün Rusiya sərhədi keçid məntəqələrində aktivlik müşahidə olunub.

Azərbaycandan Rusiyaya getmək istəyənlər də çoxalıb.Buna görə keçid məntəqələrində sıxlıq yaranıb.

Qeyd edək ki, ölkəyə qayıtmaq istəyən Azərbaycan vətəndaşları üçün çarter uçuşları təşkil ediləcək. Uçuşların qrafikinə dair əlavə olaraq məlumat veriləcək.yük maşınlarının sürücüləri istisna təşkil edəcəklər. Gömrük Komitəsinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görəyük maşınlardan başqa bütün gediş-gəliş dayandırılacaq.

Nə düşünürsən?