Biləsuvarda ağır qəza: Ölən var

  • 17.03.2020
  • 0

Biləsuvar rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. Yük maşını ilə toqquşan avtomobilin sürücüsü ölüb. Bərədədə də qəza olub. Kanala aşan avtomobildə olan sərnişinlərdən biri ölüb. Şirvanda isə avtomobil piyadanı vuraraq öldürüb.

Yük maşınının avtomobillə toqquşması ölümlə nəticələnib.

Hadisə köhnə Ələt-Astara maqistiral yolunun Biləsuvar rayonu Əsgərabad kəndindin keçən hissəsində qeydə alınıb. avtomobilin yük avtomobili ilə Toqquşması nəticəsində minik maşınının sürücüsü 40 yaşlı Elnur Allahyarov hadisə yerində ölüb. Avtomobildə sıxılmış halda qalan sürücünün meytini çıxarmaq üçün hadisə yerinə xilasetmə qüvvələri cəlb edilib. Meyiti aidiyyati üzrə təhvil veriblər.

Bərdədə də avtomobilin suya düşməsi nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Hadisə rayonunun Lənbəran kəndi ərazisində baş verib. Sürücü 27 yaşlı Ceyhun Xuduzadə minik avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın aşaraq su kanalına düşüb. Nəticədə sürücü və sərnişinlər- Gəncə şəhər Gülüstan qəsəbə sakinləri - 38 yaşlı Günel Mirzəyev,48 yaşlı Heyran Həsənova,29 yaşlı Səxavət Mirzəyeva və 47 yaşlı Sədagül Həsənova Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Sədagül Həsənovanın həyatını xilas etmək mümkün olmayıb.

Şirvanda isə piyada vurulub. Şirvan sakini, Fariz Qurbanovun idarə etdiyi avtomobil yolu keçən piyadanı vurub. Piyada 82 yaşlı Səkinə Vəliyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Nə düşünürsən?