Rafael Dadaşovun dəfnində qızının ürəyi getdi

  • 17.03.2020
  • 1K baxış
  • 0

“Onu bilirəm ki, artıq yetiməm, bizi qoydu getdi... Necə qaytarım onu...”

Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Rafael Dadaşovun qızı Səidə Dadaşova bu gün atasının dəfn mərasimində jurnalistlərə açıqlama verərkən deyib. Hər sıxıntısını atası ilə bölüşdüyünü qeyd edən S.Dadaşova göz yaşlarına hakim ola bilməyib:

“Allah bütün gələnlərdən razı olsun, həmişə dəstək olmusunuz. Pis günümüzdə də, yaxşı günümüzdə də yanımızda olmusunuz. Nə deyim, Allah heç bir evə itki yaşatmasın. Heç bir evi böyüksüz qoymasın. Atalar ölmür, qız övladı həmişə atadan yetim qalır. Çünki mən atamın sevimli qızı idim... Bunu hamı bilir! Allah o dünyasını versin”.

Qeyd edək ki, dəfn mərasimində aktyorun qızının səhhəti pisləşib, o ayaqüstə dayanmaqda çətinlik çəkib.

Nə düşünürsən?