Yol Polisi traktoru tarlada təqib etdi, təkərinə atəş açdı

  • 17.03.2020
  • 0

Rusiyanın Novosibirsk vilayətində sərxoş vəziyyətdə olan traktor sürücüsü saxlanılıb. 

YPX.AZ xəbər verir ki, inspektorlar sürücünün traktoru qeydiyyat nişanı olmadan idarə etdiyini bildiriblər. 

Belə ki, yolda traktoru görən inspektorlar sürücüyə saxla əmri versələr də 29 yaşlı sürücü bundan imtina edib və hərəkət istiqamətini yol kənarındakı tarlalara doğru dəyişib. İnspektorlar sürücünü yalnız nəqliyyat vasitəsinin təkərlərinə bir neçə dəfə atəş etdikdən sonra saxlaya biliblər. 

Qeyd edək ki, Rusiya Daxili İşlər Nazirliyi "cinayətkarın digər hərəkət iştirakçılarının həyatı üçün ciddi təhlükə yaratdığını" açıqlayıb. Sürücü "polis inspektorunun əmrinə tabe olmamaq" ittihamı ilə 30 min rubl (690 manat) cərimə olunub və 2 il sürücülük hüququndan məhrum olunub.

Həmin görüntüləri sizlərə təqdim edirik:

Nə düşünürsən?