Yol polisləri hamilə xanımı xəstəxanaya çatdırdılar

  • 15.03.2020
  • 0

Tıxacda qalan və xətəxanaya gedə bilməyən hamilə xanımın köməyinə YPX inspektorları çatıblar. 

YPX.AZ xəbər verir ki, Xırdalan şəhərindən Bakı şəhər, Nərimanov rayonundakı xəstəxanaya yola düşən xanım yolda tıxac olduğu üçün çətinliklə üzləşib. Bu zaman xanımın köməyinə 99 YP 175 dövlət qeydiyyat nişanlı xidməti avtomobildə xidmət aparan YPX inspektorları çatıblar.

Belə ki, inspektorlar xidməti avtomobilin sayrışan işıqlarını və xüsusi səs siqnalını qoşaraq xanımın olduğu nəqliyyat vasitəsinə yol açıb xəstəxanaya kimi müşaiət ediblər.

Qeyd edək ki, inspektorlar xanımı xəstaxanaya çatdırdıqdan sonra xidmətə davam etdikləri üçün  xanım inspektorların kimlikləri haqqında məlumat əldə edə bilməyib.

Həmin görüntüləri sizlərə təqdim edirik:

Nə düşünürsən?