Koronavirusdan BU SADƏ ÜSULLA QORUNUN — İNFEKSİONİSTDƏN MÜRACİƏT

  • 14.03.2020
  • 0

Son zamanlar dünyanı cənginə alan COVID-19 virusu hamını təşvişə salıb. İnsanlar bu virusdan özlərini qorumaq üçün müxtəlif üsullara əl atırlar. Əsasən də ictimai nəqliyyatdan istifadə edən əhali təşviş içindədir.

 “Ölkə.Az” bildirir ki, rusiyalı həkim, infeksionist  Zinaida Çervinskaya virusdan qorunma üsullarından birini təqdim edib. O, bu barədə videomüraciət hazırlayaraq sosial şəbəkədə paylaşıb.


Onun sözlərinə görə, bu yolla nəinki, koronavirusdan, hətta digər infeksion xəstəliklərdən də qorunmaq olar. O, bildirib ki, burada adi tibbi maska istifadə olunmalıdır. 


Həkimin qorunma üsulunu təqdim edirik:


Apteklərdə satılan tibbi maskanın içinə gündəlik istifadə edilən qadın bezi yapışdırılır. Onun üzərinə bu məhlullardan biri – Propolis spirtdə və ya suda olan, çay ağacı yağı, evkalipt yağı, qreyfrut efir yağı 5-6 damcı səpilərək yayılır. 

Çervinskaya bu cür maska ilə insanların rahatlıqla cəmiyyət arasına çıxa biləcəyini qeyd edib. Sonda o, bu üsulun insan orqanizmini nəinki müxtəlif viruslardan, hətta zərərli bakteriyalardan da qoruduğunu vurğulayıb.


Ətraflı videoda izləyə bilərsiniz:

Nə düşünürsən?