Qayda pozan sürücü cərimələndi

  • 14.03.2020
  • 0

26 fevral tarixində Bakının mərkəzində qayda pozan “Mercedes” markalı avtomobil sürücüsünün xəbərini yayımlamışdıq.

Həmin görüntülərdə 90 AS 114 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsünün əvvəlcə sağ hərəkət zolağına çıxaraq digər nəqliyyat vasitəsinə təhlükə yaratması, daha sonra isə svetoforun qırmızı işığından keçərək kobud qayda pozuntusuna yol verməsi əks olunurdu. 

YPX.AZ xəbər verir ki, sürücü, qayda pozarkən təhlükə ilə qarşı-qarşıya qoyduğu digər nəqliyyat vasitəsinin sürücüsü tərəfindən videogörüntü əsasında elektron poçt vasitəsi ilə şikayet edilmişdi. 

Artıq həmin qayda pozan sürücü Bakı şəhəri BPİ DYPİ tərəfindən 6 mart 2020 tarixində müəyyən edilərək, barəsində inzibati xəta haqqında protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilib.

Sürücünün cərimələnməsi haqqında Bakı şəhəri BPİ DYPİ-nin şikayət edən sürücüyə cavabını və sürücünün qayda pozduğu görüntüləri sizlərə təqdim edirik:

Nə düşünürsən?