Xalq artistimiz oğluna toy edir

  • 14.03.2020
  • 1

Xalq artisti Simarə İmanova oğlunu evləndirir. “Qafqazinfo” xəbər verir ki, bu barədə muğam ustadı “5-də 5” proqramına qonaq olarkən bildirib.

Sənətçi 18 yaşlı oğlu Məhəmmədin tezliklə ailə quracağını söyləyib: “Gözləmədiyim anda xoşbəxtlik oldu. Oğlumu evləndirirəm. Qız evinin xəbəri var, doğmalarımın xəbəri yoxdur. Elçi gedəcəyik. Çox sadə insanlardır, uzaq qohumumuzdur.  Oğlumun öz seçimidir”.

Qeyd edək ki, xanəndə 2001-ci ilin oktyabrında Mikayıl Rüstəmov adlı şəxslə ailə qurub. Onların bu nikahdan Çinarə adlı bir qız övladı da var.

Nə düşünürsən?