Polis Masallı və Lənkəranda əməliyyat keçirib

  • 13.03.2020
  • 0

Masallıda narkotik maddə satan şəxslər saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, Masallı rayon polis şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İqbal Ağayev saxlanılıb.

Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşları da əməliyyat keçirib. Rayon ərazisində saxlanılan Astara şəhər sakini Yusif Əliyevin üzərinə keçirilən şəxsi axtarış zamanı 134 qram narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.Yusif Əliyevin Astara rayonunda yerləşən yaşadığı evin həyətindəki anbardan isə 2 bükümdə psixatrop maddə olan "Metamfetamin" aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

Nə düşünürsən?