Bakıda aptekə basqın edilib

  • 13.03.2020
  • 0

Bakıda bıçaqla silahlanan şəxs aptekə basqın edib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə ötən gün axşam saatlarında paytaxtın Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində baş verib. Naməlum şəxs bu küçədəki aptekə daxil olaraq əlindəki bıçaqla satıcı İnci Quliyevanı hədələyərək ondan pul tələb edib.

Həmin şəxs bıçaqlı olduğundan ətrafdan heç kim xanımların köməyinə gəlməyib. Naməlum cinayətkar kassadan təxminən 800 manatdan çox pulu götürüb və aptekdən qaçaraq çıxıb. Bütün bu proseslər aptekin müşahidə kamerasına da düşüb.

Zərərçəkmişlər hadisə ilə bağlı ''102'' xidmətinə məlumat veriblər. Hadisə yerinə Nizami rayon 25-ci polis bölməsinin əməkdaşları gəlib, araşdırmalara başlayıblar.

İndi həmin görüntülər əsasında əməliyyatçılar axtarış tədbirləri görürlər. Fakta görə cinayət işi başlanıb.

Nə düşünürsən?