Tahir Salahovun qızı karantinə alındı

  • 13.03.2020
  • 17 baxış
  • 0

Xalq rəssamı Tahir Salahovun qızı, rəssam-heykəltaraş Aydan Salahova karantinə götürülüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb.

Salahova İtaliyadan Rusiyaya qayıdarkən təyyarədə sərnişinlər arasında virusa yoluxanların olduğunu, buna görə də nəzarətə alındığını açıqlayıb.

O, hazırda xəstəxanada olduğunu, üç analiz verdiyini və bütün əşyalarının dezinfeksiya edildiyini bildirib.

Nə düşünürsən?