Koronavirusla əlaqədar aviabiletlər geri qaytarılır

  • 11.03.2020
  • 0

Bəzi vətəndaşlar koronavirus epidemiyasının yayılması ilə əlaqədar olaraq aldıqları aviabiletləri geri qaytarırlar.

Xezerxeber.az-ın məlumatına görə, turizm üzrə ekspert Rəhman Quliyev deyib ki, bəzi müştərilər səyahətlərini bir neçə ay öncədən planlaşdırdığı üçün biletləri də əvvəlcədən alıblar. Ancaq epidemiya baş qaldırdıqdan sonra səfərlərini təxirə salanların sayı artıb.

Bəs biletlər ləğv edilərkən müştərilər cərimə edilirmi?

Ekspert deyir ki, uçuşlar aviaşirkət tərəfindən ləğv edildikdə biletlər cəriməsiz qaytarılır. Müştəri öz istəyi ilə aviabileti ləğv etdirirsə, biletin alındığı məbləğin 10-30 faizi qədər cərimə sanksiyası tətbiq edilə bilər.

Ləğv edilən zaman cərimə tətbiq edilməyən aviabiletlər də var. Ekpsert bilet alarkən bəzi nüanslara diqqət etməyi tövsiyə edib.

Turpaketlərin ləğvi zamanı da müəyyən cərimə məbləğləri tətbiq edilir. Bəzi otellər 1, bəziləri isə 2 günün qiymətini cərimə kimi müştəriyə ödəmirlər.

Rəhman Quliyev deyib ki, epidemiyanın coğrafiyası və riskləri nəzərə alınaraq, otellərlə danışıqlar aparıb cərimə məbləğinin ləğv etmək və ya minimuma endirmək mümkündür.

Nə düşünürsən?