İnternet klubdan oğurluq edənlər tutuldu

  • 10.03.2020
  • 0

Şəmkir rayonunda internet klubdan oğurluq edən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, martın 1-də rayonun Qaracaəmirli kəndindəki internet klubdan ümumi dəyəri 6500 manat olan 4 ədəd müxtəlif markalı televizor və 4 ədəd oyun aparatı oğurlanıb.

Şəmkir RPŞ əməkdaşları tərəfindən oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri - 29 yaşlı Fuad İbrahimov və əvvəllər məhkum olunmuş 27 yaşlı Ayxan Hüseynov saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təqdim ediliblər. Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri oğurluq hadisəsini etiraf ediblər. Faktla bağlı araşdırmalar davam etdirilir.

Nə düşünürsən?