Yol polisi körpənin həyatını xilas etdi

  • 06.03.2020
  • 5 baxış
  • 0

Yol polisləri vəziyyəti pisləşən uşağı təcili xəstəxanaya çatdıraraq onun həyatını xilas ediblər. XəzərXəbər həmin hadisənin görüntülərini əldə edib...

Yol polisi sürətlə digər maşınları ötüb keçməyə çalışır. Ancaq bu dəfə hansısa qayda pozanı saxlamaq üçün yox, maşındakı uşağı xəstəxanaya çatdırmaq üçün səygöstərilir.

Görüntülər dünən saat 16 radələrində Bakı-Sumqayıt yolunda qeydə alınıb. Xəstə uşağını həkimə aparmaq istəyən valideyn yol tıxac olduğu üçün çarəsiz qalıb və kömək üçün yol polislərinə müraciət edib. Həmin görüntüdəki polislər hadisənin təfərrüatlarını Xəzər Xəbərə danışıblar.

Yol polislərinin dediyinə görə xəstəxanaya apardıqları uşağın ürəyində narahatlıq yaranıb.Ancaq həkimlərin müdaxiləsindən sonra onun vəziyyəti yaxşılaşıb. Onu da qeyd edək ki, görüntüləri "Xəzər Xəbər"in votsap nömrəsinə uşağın valideyni göndərib.

Nə düşünürsən?