Sürücülər üçün vacib tövsiyələr - Əməl edin ki, qəzaya düşməyəsiniz

  • 31.12.2017
  • 0

4-5 günlük tətili fürsət bilənlər rayonlara üz tuturlar. Elə buna görə də rayonlararası yollarda sıxlıq artır və bu hal hər il qəzaların artmasına səbəb olur. Xezerxeber.az-ın məlumatına görə, mütəxəssislər sürücülərin adətən ənənəvi səhvlərə yol verdikləri üçün qəzaya düşüdüklərini bildirirlər. Bundan başqa, avtomobilin sazlıgına diqqət etmək lazımdır, əks halda qəza qaçılmaz olur. İstirahət günlərində ən təhlükəli hallardan biri isə yorgun halda uzaq yola maşın sürməkdir. Gecələr uzun yola çıxmaq tövsiyə olunmur. İstirahət günləri ilə əlaqədar yol polisi də sürücülərə xəbərdarlıq edib. Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, bayram günləri dövlət yol polisinin bütün şəxsi heyəti dekabrın 31-dən yanvarın 4-dək gücləndirilmiş iş rejimində çalışacaq. Küçə və yollarda hərəkət iştirakçılarının təhlükəsizliyinin, onların rahat və fasiləsiz hərəkətinin təmin olunmasi üçün yol polisi təkcə şəhər və rayonlararası yollarda deyil, bütün yerli əhəmiyyətli yollarda da nəzarəti gücləndirəcək.

Nə düşünürsən?