ÖLÜM saçan və ÖLDÜRƏN yük maşınları - MÜQAİSƏ - VİDEO

  • 02.03.2020
  • 0

YPX.AZ xəbər verir ki, Bakı-Quba yolu ilə hərəkət edən yük maşını yolda hərəkətdə olan nəqliyyat vasitələri üçün təhlükə yaradıb.


Belə ki, gecə saatlarında Bakı-Quba yolu ilə hərəkət edən 90 GZ 696 dövlət qeydiyyat nişanlı yük maşınının arxa faraları işlək vəziyyətdə olmaması ilə yanaşı arxa hissəsində heç bir işıq qaytarıcı da olmayıb. Bu səbəbdən yük avtomobili qarşıda gedən zaman nəqliyyat vasitələri onun varlığından son anda xəbər tuta biliblər. Bu isə hər an yarana biləcək ağır yol nəqliyyat  hadisəsinin xəbərçisidir.


Oxucularımıza sözügedən nəqliyyat vadisinin görüntüsünü və müqaisə olsun deyə eynən həmin şəraitdə baş vermiş başqa bir qəzanın görüntülərini təqdim edirik:

Nə düşünürsən?