Günay Zauru belə təbrik etdi: "Ağarmış saçlarınla qürur duyuram"

  • 29.02.2020
  • 0

26 fevral məşhur aparıcı Zaur Baxşəliyevin doğum günüdür. Bu tarix Xocalı Soyqırımı günü ilə eyni günə düşdüyü üçün aparıcı heç vaxt doğum günün qeyd etmir.

BiG.AZ xəbər verir ki, bu səbəbdən də Zaurun həyat yoldaşı Günay instaqram hesabında post paylaşaraq təbrik edib:

"Allahıma çox şükürlər olsun ki, taleyimi məhz səninlə birləşdirib. Ad günün mübarək, Zaur!

Sən mənə bu həyatda Allahın ən böyük hədiyyəsisən. Ən böyük dayağım, ən güvəndiyim, ən yaxın dostum, ən dəyərlim, şipşirin balamın atası, sənə arzularımı bilirsən! Mən səninlə, bu gənc yaşında o ağarmış saçlarınla qürur duyuram. Allah sənə elə bir yol bəxş = edib ki, bu yolda saç ağartmaq hər insana qismət olmur! Allah səni bizə, doğmlarına, əzizlərinə, sənə yaxın olan insanlara, 18 ildir səni daha çox sevən, yorulmadan hər gün izləyən tamaşaçılarına çox görməsin! 28 ildir ki, bircə dəfə də olsun, 26 fevralda doğum gününü qeyd etmədin, ona görə də məcbur olub şəkillərimizdən sənin ifanla slayd paylaşdım. İnşallah torpaqlarımız qayıtsın, növbəti yaşını səni sevənlərlə Qarabağda qeyd edək! Üzün, qəlbin hər zaman gülsün. Yüz yaşa, Amin!"

Nə düşünürsən?