Cənub Qaz Dəhlizi bu il istismara veriləcək

  • 28.02.2020
  • 0

"Bu il Azərbaycan qazı Avropa bazarına çıxarılacaq"

Xezerxeber.az-ın məlumatına görə, bunu Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclasından sonra keçirilən mətbuat konfransında Energetika naziri Pərviz Şahbazov bildirib.

Nazir deyib ki, Cənub Qaz Dəhlizinin ikinci fazasının icrası üçün Azərbaycanın kifayət qədər qaz ehtiyatı var. Gələcəkdə isə Cənub Qaz Dəhlizinin tutumunu artırmaq mümkündür.

Avropa Komissiyasının Enerji Direktorluğunun Baş direktorunun müavini Klaus-Dieter Borchardt isə bildirib ki, hazırda Azərbaycanın çox perspektivli hesab edilən sahələrində kəşfiyyat aparılmaqdadır. Buna görə də Cənub Qaz Dəhlizinin genişləndirilməsinə imkan var.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil olunan qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur.

Nə düşünürsən?