Məhkəmə tibbi ekspertizası nə gizlədir?

  • 28.02.2020
  • 0

Azərbaycanda Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi istintaqı ləngidir.Bu sözləri Oxu.Az-a açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) üç tələbəsinin zəhərlənməsi və onlardan birinin ölümü hadisəsini, hansı ki, artıq üzərindən 100 gün keçib - şərh edən məşhur vəkil Türkel Süleymanlı deyib.Xatırladaq ki, noyabrın 21-də universitetin Yasamal rayonu, Mətbuat prospektində yerləşən yataqxanasında tələbələr Şəkər Xasmətova (1999-cu il təvəllüdlü), Dilrubə Quliyeva və Həmidə İbadova (1998-ci il təvəllüdlü) zəhərlənib.Həkimlər Ş.Xasmətovanın yataqxanada öldüyünü müəyyən ediblər, digər iki qız isə ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib, bir neçə gündən sonra isə evə buraxılıblar.Hüquq-mühafizə orqanları əvvəlcə tələbənin qida zəhərlənməsi nəticəsində öldüyünü ehtimal etdi. Lakin cəsədin patoloq anatomlar tərəfindən müayinəsindən sonra faktla bağlı yaradılan əməliyyat-istintaq qrupu qızların hələ də bilinməyən toksik maddə ilə zəhərləndiyi qənaətinə gəldi.Dekabrın 4-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu barədə jurnalistlərə açıqlama verib.

Nə düşünürsən?