“Avtoş”lara çağırış: “hər şeyin bir yolu, yordamı var”

  • 28.02.2020
  • 0

Sosial şəbəkələrdə “VAZ 2107” markalı avtomobilin toy karvanında avtoxuliqanlıq etməsinin görüntüləri yayılıb.


Artıq uzun müddətdir ki, avtoxuliqanlığa qarşı mübarizə aparmaqdayıq. Biz məsələ ilə bağlı araşdırma aparıb məqalələr, reportajlar hazırladıqca əslində ölkəmizdə avtoxuliqanlığın ötən dövürlərlə müqayisədə heç də az olmadığını, bu kimi faktların yetərincə olduğunu görə bilirik.


Bu günki məsələmiz isə aydın olduğu kimi toy karvanında avtoxuliqanlıq edən sürücü və onun yaratdığı kimlər üçünsə xoşagələn ancaq əslində olduqca riskli və təhlükəli haldır. İki gəncin ömür bağlarını birləşdirdiyi bir gündə bu formada eqoistlik dolu bir addımı atmaq isə düşüncəsizlikdən başqa bir şey deyil. Necə deyərlər: “hər şeyin bir yolu, yordamı var”. Bu ilk belə hal deyil ancaq bu zamana kimi “Avtoş”lar toplanmaq və xuliqanlıq etmək üçün gecə saatlarını, az istifadə olan yolları və ya məkanları görüş yeri kimi təyin edər, öz “hünər”lərini cəmiyyətdən nisbətən uzaq olan yerlərdə sərgiləyərdilər. Ancaq bəzən müzakirə etdiyimiz məsələdə olduğu kimi “avtoş”lar toy, nişan və ya hansısa xoş bir gündə bu əməlləri etməklə doğmalarının xoş günlərini qaralda, bir ömür bağışlanılmayacaq hadisənin səbəbkarı ola bilərlər. Bunun məsuliyyətini dərk etmək, mahiyyətini anlamaq bu qədərmi çətindir?! Hər halda şüur sahibi olan hər bir insan düşündükdə nəyi vurğulamaq istədiyimizi anlayar və əməlinin yolverilməz olduğu qənaətinə gələr. 


Sözügedən görüntüləri sizlərə təqdim edirik:



Nə düşünürsən?