Üzürxaqlıq edən YPX, onu “siqnal”layan sürücü - Kim qayda pozub?

  • 28.02.2020
  • 0

Bakı kənar dairəvi yolu, “Maşın bazarı”nın yaxınlığında hərəkətdə olan sürücü sayrışan işıqlarını qoşaraq yolunu dəyişən YPX inspektoruna səs siqnalı verir, inspektor isə əli ilə üzürxaqlıq etdiyini bildirir.

 

YPX.AZ xəbər verir ki, 99 YP 686 dövlət qeydiyyat nişanlı YPX-yə məxsus xidməti avtomobili idarə edən inspektor sayrışan işıqları qoşaraq yolunu dəyişir. Bu zaman arxa istiqamətdən gələn sürücü ona yol vermək əvəzinə sürətini azaltmır və inspektora səs siqnalı verərək onu qınayır. Səs siqanlına cavab olaraq isə YPX inspektoru əli ilə üzürxaqlıq etməklə cavab verir.

 

Qeyd edək ki, sayrışan işıqları qoşmuş və xaüsusi səs siqnalından istifadə edən (videoda əlav musiqi olduğu üçün səs siqnalını qoşub qoşmadığı bəlli deyil) operativ nəqliyyat vasitələrinə sürücülər sürətini azaldaraq və ya zolaqlar üzrə manevr edərək yol verməlidir. Yersiz səs siqnalından istifadə etmək isə qayda pozuntusudur ki, bu da müvafiq qanuna görə otuz manat cərimə deməkdir. 

 

Həmin görüntüləri sizlərə təqdim edirik:

Nə düşünürsən?