Dünyanın ən yaşlı adamı, Dünya Müharibəsinin şahidi

  • 28.02.2020
  • 0

İngiltərənin ən yaşlı adamı Bob Veiqton, Yaponiyada əvvəlki titul sahibinin ölümündən sonra dünyanın ən yaşlı adamı sırasında birincidir.

Metbuat.az xəbər verir ki, 112 yaşlı yaponiyalı Chitetsu Vatanabe Ginesin Rekordlar kitabına düşən yaşlı adam idi. O öləndən sonra onun yerini ikinci dünya müharibəsinin canlı şahidlərindən olan Bob Veiqton tutub.

Bu xəbəri eşidən 1908 ci ilin 29 martında dünyaya gələn 112 yaşlı Veiqton hisslərini belə ifadə edib.


" Mən həqiqətin çox məmnun oldum. Bilirsinizmi həyatın çox fərqli həqiqətləri var. Mən müharibədən sonra Kanadaya qayıtdım. Müxtəlif vaxtlarda həm kanada, həm də ABŞ da bir çox sahələrdə işlədim. Hal hazırda məni keçmiş müəllim və mühəndis adlandırmaq olar".


İkinci dünya müharibəsinin canlı şahidlərindən olan Veiqton həmin illərin xatirəsində dərin izlər buraxdığını deyib.


''Çox çətin illər idi. Müharibə bitəndən sonra dağılmış yandırılmış evləri, şikəst qalmış insanları, yetim qalmış uşaqları görəndə dəhşətə gəlirdim. Amma heç bir şey edə bilməmək məni daha da incidirdi. Bu acılar, illərdir mənim xatirələrimdə özünə dərin izlər qoyub''.

Nə düşünürsən?