Hərəkətə maneə olan sürücü, parklanmanı qadağan edən obyekt

  • 28.02.2020
  • 0

Sürücü yer olduğu halda avtomobili ikinci cərgədə park edib, iaşə obyekti isə dayanmağa icazə vermir.


YPX.AZ xəbər verir ki, Məhəmməd Hadi küçəsi üzü Əhmədli m/st istiqamətində yolun sağ kənar hissəsində 99 MN 804 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil ikinci cərkədə park edilib. Sürücü birinci cərgədə yer olmasına baxmayaraq yolun hərəkət hissəsində avtomobil park edərək hərəkətə maneə olub. Yoldan bir az kənarda fəaliyyət göstərən iaşə obyekti isə yolun kənarına xüsusi konus qoyaraq qanunsuz olaraq parklanmanı əngəlləyir. 


Qeyd edək ki, bir müddət öncə Bakı Nəqliyyat Agentliyi əməkdaşları sözügedən ərazidən bir qədər irəlidə olan ictimai nəqliyyat dayanacağı və ətrafını qanunsuz parklamadan təmizləmişdi.

Nə düşünürsən?