Məleykə Əsədovadan şok sözlər:"Deyirlər,evimi filankəs alıb"

  • 28.02.2020
  • 0

"Deyirdilər, evini filankəs alıb"


"Məktəbə tez gedib, 16 yaşım olmamış universitetə qəbul oldum. Atam dünyasını tez dəyişdi. Ailəni atam dolandırırdı, çətin vəziyyətə düşdük. Anam rayonda işləyirdi, mənlə qalmırdı. Əziyyətimi heç kimə bildirmirəm, içimdə çəkirəm. Universitetdə hamı görürdü ki, Məleykə, zərif qız, gəlir dərsə, yaxşı oxuyur. Dərs bitən kimi rayona qaçırdım, qohumlarımızın ansamblı ilə toylara gedirdim".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova "Şou ATV" verilişində deyib. Aktrisa gənc yaşlarında toylarda müğənnilik etdiyini söyləyib. O bildirib ki, rayon toylarının ən məşhur siması olub:


"Oxuyub, pul qazanıb, gəlib Bakıda kirayə pulumu ödəyir, geyim alırdım. Gənclik illərimdə kinoteatra getməmişəm, sevgi yaşamamışam. Universiteti bitirəndə getdim 1 il rayonda işlədim, hər gün toylara gedirdim, pul yığırdım. Gəlib Bakıdan ilk evimi aldım. Məşhur olandan sonra dedilər, evini filankəs alıb. Yalandır, hər şeyi əziyyətlə əldə etmişəm. İstedadlı aktrisaya obraz verilir. Bunları əziyyətimlə qazanmışam. Hamı məni indiki kimi görür. Problemimi heç kim görməsin, bilməsin istəmişəm.

İstedadı Allah mənə verdi, anam, tamaşaçılar dəstək oldu. O vaxt nə yaşım var idi ki... 17-18 yaşımda gəncliyimi yaşamadım, çalışıb pul yığırdım. Ağlım var idi. Mən də gəlib maşın alardım, özümü göstərərdim. Amma etmədim, birotaqlı ev aldım. Sonra yenə pul yığıb onu ikiotaqlıya dəyişdim. Daha sonra maşın aldım".