Baş infeksionistdən vacib açıqlama

  • 27.02.2020
  • 0

Digər respirator virus infeksiyalarda ölüm riski koronavirusdan çoxdur.

Xezerxeber.az-ın məlumatına görə, bunu Respublikanın Baş infeksionisti Cəlal İsayev deyib.

O deyib ki, koronavirus kliniki gedişinə görə, heç də digər respirator virus infeksiyalarından fərqlənmir. O da qripin bir növüdür və həyat üçün təqdim olunduğu kimi təhlükəli deyil.

Cəlal İsayev deyib ki, bu virus adətən yaşlı və immuniteti zəif insanlara ciddi təsir edir: "Hər il dünyada 290-650 min arasında insanın qripə yoluxaraq dünyasını dəyişdiyini nəzərə alsaq, koronavirusun elə də ciddi təhlükə olmadığını deyə bilərik".

Baş infeksionist bildirib ki, ölkədə koronavirus aşkarlanmayıb. Lakin Azərbaycan dünyadan təcrid deyil və beynəlxalq problem olan epidemiyanın təsirinə məruz qala bilər.

Nə düşünürsən?