Bakıda bayram yarmarkaları açılıb

  • 27.02.2020
  • 0

Bakıda Novruz bayramı münasibətilə satış yarmarkaları açılıb. 


Xezerxeber.az-ın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti tərəfindən metronun '' Elmlər Akademiyası'' ,"Neftçilər", "Gənclik", "İnşaatçılar,"Nəriman Nərimanov",''Azadlıq'' "28 May" və ''Xətai'' stansiyalarının yaxınlığında ümumilikdə 15-ə yaxın bayram çadırı qurulub.



Bakı Şəhər İcra Hakimiyyətindən ''Xəzər Xəbər''ə bildirilib ki, bayram çadırlarında satışa çıxarılan məhsullar digər yerlərə nisbətən 10-15 faiz ucuzdur. Qiymətələrə də nəzarət olunur. Bayram yarmarkalarının martın 23-ə kimi davam etməsi nəzərdə tutulur.

Nə düşünürsən?